AZ

Əhməd əl-Şaraa oktyabrın 15-də Moskvaya gedəcək

Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa rəsmi səfərlə oktyabrın 15-də Moskvaya uçacaq.

Editor.az bildirir ki, Suriya TV və Al Hadath mənbələrə istinadən xəbər verir. Qeyd edək ki, Əhməd əl-Şaraa 2024-cü ilin dekabrında Suriyada hakimiyyətə gəlib.

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Rusiyadan siyasi sığınacaq alıb. 2025-ci ilin fevralında Rusiya prezidenti Vladimir Putin və Əhməd əl-Şara arasında telefon danışığı olub.

//Samir Qurbanov, Editor.az

Seçilən
46
editor.az

1Mənbələr