“Real”ın sabiq hücumçusu, hazırda “Əl-İttihad”da çıxış edən Kərim Benzema “Fənərbağça”nın maraq dairəsinə düşüb.
Publika.az xəbər verir ki, bu barədə “Fotomaç” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, İstanbul klubu 37 yaşlı forvardı komandaya cəlb etmək üçün onu razı salmağa çalışacaq. Transferin reallaşması üçün klub gözləntiləri doğrultmayan Con Duranla yollarını ayırmağa hazırdır.