AZ

DTX-nin və DSX-nin birgə əməliyyatı: İrandan Azərbaycana narkotik vasitələr gətirən şəxs saxlanılıb  

Külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri zamanı Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin Beyləqan rayonundan keçən hissəsində gizli saxlanc yerində gizlədilmiş külli miqdarda narkotik vasitələri götürərkən 1989-cu il təvəllüdlü Hüseynov Asif Vaqif oğlu saxlanılıb.

AZƏRTAC xəbər verir ki, A.Hüseynovun əldə etdiyi 3 ədəd bağlamaya keçirilmiş baxış zamanı oradan 26 kiloqrama yaxın qurudulmuş marixuana və 2 min 520 ədəd narkotik tərkibli M40 “Metadon” həbləri aşkar edilərək götürülüb.

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Seçilən
39
26
azerbaijan-news.az

10Mənbələr