“Qarabağ”ın futbolçusu Joni Montiel sevgilisi Karlota Bruneiyə evlilik təklif edib.
Offsideplus.az xəbər verir ki, bu barədə Brunei sosial şəbəkə hesabında paylaşım edib.
O, Montiellə paylaşdığı fotoya “Bəli, səninlə əbədi başlanğıca” - şərhini yazıb.
Qeyd edək ki, “Qarabağ” ispaniyalı futbolçunu bu ilin avqust ayında heyətinə qatıb. Yarımmüdafiəçi ilə 2+2 illik müqavilə imzalanıb. Joni Montiel “Qarabağ”da 9 nömrəli forma geyinəcək.