AZ

"Avropada dron insidentlərinin arxasında NATO dayanır" - Bortnikov

"Bu yaxınlarda Avropa İttifaqının səmasında baş verən dron insidentlərinin arxasında NATO agentləri dayanır". 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətin direktoru Aleksandr Bortnikov deyib.  

"Mütəxəssislər NATO-nun kəşfiyyat xidmətlərinin Aİ ərazisi üzərində Rusiya pilotsuz təyyarələri ilə bağlı insidentlərdə iştirakına şübhə etmirlər", - o, ifadə edib. 

Xatırladaq ki, sözügedən hadisələr müxtəlif Avropa hava limanları üzərindən dəfələrlə hava məkanını keçən naməlum dronlarla bağlıdır. Üstəlik, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Şurasının Səmərqənddə keçirilən 57-ci iclasında Bortnikov Moskva ilə Kiyev arasında danışıqların dəfələrlə pozulmasına görə Britaniya kəşfiyyat orqanlarını da günahlandırıb.

Bortnikovun sözlərinə görə, London sonradan Ukraynaya qoşun yeritmək üçün Qərb dövlətlərindən ibarət koalisiya yaratmağa çalışır.

Gülayə Mecid 

Seçilən
14
2
unikal.az

3Mənbələr