AZ

Bakıda bir qrup şəxs “Makarov” tipli tapança ilə iki nəfəri güllələyib

BAKI, 16 oktyabr. TELEQRAF

Bakının Yasamal rayonunda iki nəfər güllə xəsarəti alıb.

Teleqraf xəbər verir ki, hadisə Əsəd Əhmədov küçəsi, 28 B ünvanında qeydə alınıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, 4 nəfər avtomobildən enərək binanın həyətində olan 1995-ci il təvəllüdlü Ceyhun Həsənov və Sənan Dünyamalıyevə “Makarov” tipli tapancadan atəş açıb.

Güllə xəsarəti alan C.Həsənov və S.Dünyamalıyev 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəstəxanın mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd bildirib ki, hər iki şəxs sağrı nahiyəsindən xəsarət alıb.

C. Hüseynov ambulator müalicəyə buraxılıb. S.Dünyamalıyev isə cərrahi əməliyyat edilib.

Seçilən
86
teleqraf.com

1Mənbələr