AZ

Prezident Əliyevin Roş-Ha-Şana təbriki Azərbaycan və İsrail xalqları arasında dərin etimadın və tarixi bağın rəmzidir - İsrailli professor

Bakı. Trend:

Prezident İlham Əliyevin ölkəsinin yəhudi icmasına ünvanladığıRoş-Ha-Şana təbriki Azərbaycan-İsrail dostluğunun emosional vəmənəvi əsasını təşkil edir. Sözügedən təbrik iki ölkə xalqıarasında dərin etimadın və tarixi bağın rəmzidir. Bu xoşməramlılıqruhu sayəsində Azərbaycan bütün Yaxın Şərqdə dinlərarası anlaşmanınvə sülh mədəniyyətinin nadir nümunəsinə çevrilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumatagörə, İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, İsrailMüdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun sabiqpolkovnik-leytenantı, bu ölkənin nüfuzlu Bar-İlan Universitetininşərqşünaslıq elmləri üzrə professoru və Universitetin Yaxın Şərq vəİslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat StratejiAraşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedar bubarədə Kanadanın populyar “THEJ.CA” nəşrində dərc olunmuşməqaləsində yazıb.

Bildirilib ki, “Prezident İlham Əliyevin Roş-Ha-Şana təbrikiAzərbaycanın mənəvi prinsiplərini və İsraillə dostluğunu əksetdirir” başlıqlı məqalədə sözügedən addım Azərbaycanın dövlətfəlsəfəsini və mənəvi dəyərlərini özündə cəmləşdirən diplomatikjest kimi qiymətləndirilib.

Zaman-zaman müxtəlif qarşıdurma və münaqişələrin müşahidəolunduğu bölgədə ölkəmizi “harmoniya və multikulturalbirgəyaşayışın adası” adlandıran müəllif əsrlər boyu Azərbaycandamüsəlmanlar, yəhudilər və xristianların birlikdə, qarşılıqlıhörmət, dostluq şəraitində yaşadığını, yəhudi icmasının Azərbaycanxalqının ayrılmaz hissəsi olduğu vurğulayıb. İsraildən kənardayeganə sırf yəhudi yaşayış məntəqəsi olan Qubadakı Qırmızı Qəsəbənisözügedən harmoniyanın ən bariz rəmzi kimi səciyyələndirib.

Prezident İlham Əliyevin təbriki Azərbaycanın tolerantlığa vəbirgəyaşayışa sadiqliyinin növbəti təsdiqi kimi xarakterizə olunub.“İsrail tərəfdən səmimiyyətlə bəyan edə bilərəm: xalqlarımızarasındakı münasibətlər təkcə siyasətə deyil, həm də dəyərlərə,vicdana və mənəvi yaxınlığa əsaslanır. Qoy bu dostluq gələcəknəsilləri ruhlandırsın və Azərbaycan ilə İsrail arasında sülhün,qarşılıqlı hörmətin yeni fəsillərini açsın” – deyə israilliprofessor əlavə edib.

Məqaləni ətraflı şəkildə bu linkdən oxumaq mümkündür: http://thej.ca/2025/10/08/president-aliyevs-rosh-hashanah-greetings-reflect-azerbaijans-moral-core-and-friendship-with-israel/

Seçilən
111
1
az.trend.az

2Mənbələr