AZ

Putin və Tramp arasında ilin ən uzun telefon danışığı baş tutdu

Ağ Evin məlumatına görə, ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında son telefon danışığı iki saatdan çox davam edib.

Musavat.com xəbər verir ki, bu, cari il ərzində iki lider arasında baş tutan ən uzun danışıqlardan biri olub.

Əvvəlki təmaslar daha qısa müddətli olmuşdu:

12 fevral - təxminən 1,5 saat
18 mart - təxminən 2 saat
19 may - 2 saatdan çox
4 iyun – 1 saat 10 dəqiqə
14 iyun - 50 dəqiqə
3 iyul - təxminən 1 saat
19 avqust - təxminən 40 dəqiqə
16 oktyabr - 2 saatdan çox

16 oktyabrda baş tutan son telefon danışığının iki saatdan çox çəkməsi Vaşinqton və Moskva arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasının və kritik məsələlərin daha ətraflı müzakirə olunduğunun göstəricisi kimi qiymətləndirilir. 

 

Musavat.com

Seçilən
75
musavat.com

1Mənbələr