AZ

Kayrat ın yetirməsi oyun zamanı dünyasını dəyişdi Şəkil

Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Kayrat"ın yetirməsi olan 19 yaşlı gənc futbolçu Dias Toleu oyun zamanı dünyasını dəyişib.

QOL.az xəbər verir ki, "Xan-Tenqri"nin formasını geyinən oyunçu Qazaxıstan 1-ci liqasının 25-ci turu çərçivəsində keçirilən "Ekibastuz"la ev matçında vəfat edib. O, görüşün 65-ci dəqiqədə yerə yıxılıb.

Dias Toleunu xərəkdə meydançadan çıxarıblar. Qazaxıstan Futbol Federasiyasının mətbuat xidməti isə onun vəfat etdiyini açıqlayıb.

Dias Toleu 4 may 2006-cı ildə Almatıda anadan olub. O, "Kayrat"ın yetirməsi idi. Mərhum futbolçu 2024-cü ilin aprelində "Xan-Tengri"yə keçmişdi. Qazaxıstan 1-ci liqasının hazırkı mövsümündə gənc cinah yarımmüdafiəçisi 18 matçda meydana çıxmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
101
3
qol.az

5Mənbələr