AZ

Prezident o görüşdən DANIŞDI

Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, oktyabrın 16-sı Azərbaycan Prezidenti İlham Əliyev Fransanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sofi Laqutun etimadnaməsini qəbul edib. Səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Hafta.az xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyev Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla görüşünü xatırladaraq, həmin görüşün nəticəsində ölkələrimiz arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını deyib. İkitərəfli gündəlikdə yeni dövrün başladığını vurğulayan dövlət başçısı, ilk növbədə, insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının və inkişaf etdirilməsinin önəminə toxunub.
Ətraflı

Səfir də öz növbəsində Azərbaycanla Fransa arasında münasibətlərdə yeni səhifənin açıldığını deyərək, əlaqələrimizin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Xatırladaq ki, Azərbaycan lideri oktyabrın 2-də Kopenhagendə fransalı həmkarı ilə görüşüb.

Seçilən
52
12
hafta.az

10Mənbələr