AZ

Cüdoçularımızın Qvadalaxara Qran-Prisindəki rəqibləri bəlli olub

Meksikanın Qvadalaxara şəhərində cüdo üzrə Qran-Pri turnirinin püşkatma mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri müəyyənləşib.

Yarışda Azərbaycan ümumilikdə 7 çəki dərəcəsində 11 idmançı ilə təmsil olunacaq. Turnirdə 33 ölkədən 231 cüdoçu (142 kişi, 89 qadın) iştirak edəcək.

Qvadalaxara Qran-Prisinin təsnifat mərhələsinin görüşləri bu gün Bakı vaxtı ilə saat 23:00-dan, final bloku isə sabah 04:00-dan etibarən başlayacaq.

Kişilər

-60 kq, 1/8 final

Əhməd Yusifov – İsrael Kruzalta (Meksika)

Balabəy Ağayev – Maksim Merlin (Fransa)

-66 kq, 1/16 final

Yaşar Nəcəfov – Georgios Balarcişvili (Kipr)

-66 kq, 1/8 final

Ruslan Paşayev – Romarik Vend-Yam Buda (Fransa) / Finley Allan (Böyük Britaniya) cütünün qalibi

-73 kq, 1/8 final

Hidayət Heydərov – Valtteri Olin (Finlandiya)

Rəşid Məmmədəliyev – Ulises Mendez (Meksika)

-81 kq, 1/16 final

Vüsal Qələndərzadə – Xorxe Perez (Çili)

-81 kq, 1/8 final

Zelim Tçkayev – Xose Mariya Mendiola İskyeta (İspaniya) / Hilberto Kardoso (Meksika) cütünün qalibi ilə

-90 kq, 1/8 final

Murad Fətiyev – Aaron Santamariya Rodriqes (İspaniya)

-100 kq, 1/8 final

Zelim Kotsoyev – İosif Simin (İsrail)

+100 kq, 1/8 final

Uşanqi Kokauri – Marven Qado (Monako)

Cüdoçularımız Perudakı Qran-prini 7 medalla başa vurublar

Yeniyetmələr arasında Bakı şəhər birinciliyi start götürüb

Daha bir idmançımız Peruda bürünc qazanıb

Cüdoçularımız beynəlxalq turniri 10 medalla başa vurub - FOTO

Azərbaycan cüdoçuları Peruda dörd medal qazanıblar

Seçilən
45
8
apasport.az

10Mənbələr