Olaylar.az xəbər verir ki, məlumatı ABŞ prezidenti Ağ Evdə jurnalistlərə açıqlayıb.
Onun sözlərinə görə, Putin bu ideyadan məmnun olmayıb. Vladimir Putinin onu "Tomahavk"ları Kiyevə verməməyə inandırmağa çalışıb-çalışmadığına aydınlıq gətirmək istəyinə Tramp istehza ilə cavab verib:
"Sizcə, o, "Tomahavk"ları Kiyevə satın" deyəcəkdi? Mən əslində dedim: "Qarşı tərəfə bir neçə min Tomahavk versəm, etiraz etməzsiniz"? Mən ona bunu bax beləcə də dedim".
O, qəsdən məsələni "bir az yumoristik" formada qaldırmaq niyyətində olduğunu izah edib:
"Sizcə, o, "Tomahavk"ların mənə tərəf uçduğunu görmək istərdim" deyərdi?
Tramp bu qanadlı raketləri "inanılmaz dərəcədə dağıdıcı silah" adlandırıb:
"Heç kim "Tomahavk"la vurulmaq istəməz".
Qeyd edək ki, Tramp bu gün Ukrayna prezidenti Volodimir Zelenskini Ağ Evdə qəbul etməyi planlaşdırır. ABŞ lideri daha əvvəl bəyan etmişdi ki, Zelenski oktyabrın 17-də onunla Ukraynaya "Tomahavk" qanadlı raketlərinin tədarükü ilə bağlı danışacaq. ABŞ prezidenti oktyabrın 12-də bəyan edib ki, bu raketlərin Kiyevə mümkün təhvil verilməsi ilə bağlı yekun qərar qəbul etməzdən əvvəl, yəqin ki, Putinlə məsələni müzakirə edəcək.