Bakı. Trend:
Azərbaycan xalqı çox gözəl bilir ki, Ramiz Mehdiyev kimiyüzlərlə cılız və hakimiyyət hərisləri olsa belə, iki yüz illikdünya erməniliyi, erməni lobbisi və işğalçı Ermənistanın arxasındadayanan super gücləri 44 gün ərzində məğlub edən Müzəffər Ali BaşKamandanımızın dəmir yumruğu qarşısında çox acizdirlər.
Trend xəbərverir ki, bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızıparlamentin bugünkü iclasında çıxışı zamanı deyib.
Millət vəkili xatırladıb ki, məhkəmənin qərarına əsasən dövlətəxəyanət, hakimiyyəti zorla ələ keçirmə və cinayət yolu ilə əldəedilmiş vəsaitlərin leqallaşdırılması ağır cinayətləri işləri üzrəRamiz Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkantədbiri seçilib.
“Azərbaycan xalqı hətta ölkəmizin ən çətin günlərində 1994 və1995-ci illərdə dövlət çevrilişlərində belə Ulu Öndərimiz HeydərƏliyevin ətrafında sarsılmaz birlik nümayiş etdirib. Dövlətçevrilişinə cəhd edən, hakimiyyəti zorla ələ keçirmək istəyən bucinayətkar qüvvələr öz çirkli əməlləri ilə həm də dövlətimizinqurucusu, bütün həyatı boyu Azərbaycan xalqının rifahına və dövlətmüstəqilliyimizin sarsılmazlığına xidmət etmiş Heydər Əliyevə,Azərbaycan Xalqını dünyada Qalib Xalq kimi tanıdan və beynəlxalqaləmdə dövlətimizə böyük imic qazandıran Prezident İlham Əliyevə vəazadlığımız, müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimizuğrunda canlarından kiçmiş əziz şəhidlərimizin ruhuna qarşıxəyanətdir.
Sözsüz ki, Azərbaycan xalqı və gələcək nəsillər bu xəyanəti heçvaxt bağışlamayacaq.
Şübhəsiz ki, kimliyindən və tutduğu mövqedən asılı olmayaraq,dövlətçiliyimizə, dövlət başçısına xəyanət edən hər kəs, eləcə dəRamiz Mehdiyev və onun silahdaşları qanun qarşısında cavabverəcək.
Azərbaycan xalqı və ictimaiyyəti öz dövlətinə və Prezidentinəinanır, güvənir və hər zaman onun ətrafında sarsılmaz birliknümayiş etdirir və bu birlik belə də davam edəcəkdir”, - deyədeputat qeyd edib.