Yaponiyanın sabiq baş naziri Tomiiçi Murayama 101 yaşında vəfat edib.
Ölkə.az xəbər verir ki, bu barədə "Kyodo" xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, Murayama 1994-cü ilin iyunundan 1996-cı ilin yanvarına qədər baş nazir vəzifəsində çalışıb, üç partiyanın - Sosialist Partiyası, Liberal Demokrat Partiyası və kiçik Sakigake Yeni Partiyasının yaratdığı koalisiya kabinetinə rəhbərlik edib.
Murayama 1995-ci ildə dərc olunmuş bəyanatında Yaponiyanın müstəmləkəçilik və təcavüz siyasəti nəticəsində əziyyət çəkmiş bütün Asiya ölkələrindən rəsmi şəkildə üzr istəməsi ilə tanınır.
Həmidə İbrahimova