"Türkiyə Qəzza üçün tarixi atəşkəsin əldə olunmasına vasitəçilik rolu ilə töhfə verib".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Almaniya XİN rəhbəri Johann Vadephul deyib.
"Türkiyə Yaxın Şərq münaqişəsində vasitəçi rolu ilə Qəzza üçün tarixi atəşkəsin əldə olunmasına töhfə verib. Sülh planını dəstəkləyən ölkələrdən biri kimi və HƏMAS üzərində təzyiq göstərməyə davam etməsini gözlədiyimiz bir dövlət olaraq Türkiyənin üzərinə böyük məsuliyyət düşür. Girovların azad edilməsi və atəşkəsin təmin olunması ilə bir neçə həftə əvvəl mümkünsüz görünən bir çox şeyə nail olunub. Uzunmüddətli sülh üçün 20 maddəlik planın tam şəkildə həyata keçirilməsi istiqamətində birlikdə çalışırıq. Bizi birləşdirən məqsəd könüllü və təhlükəsiz qayıdışı mümkün etmək üçün sabit və təhlükəsiz bir Suriyanın yaradılmasıdır", - o bildirib.