AZ

Naxçıvanda su təminatı ilə bağlı görülən işlər açıqlanıb

Bakı:Trend:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri ZaurMikayılovun tapşırığına əsasən, Agentliyin tabeliyində olanRegional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müaviniİlham Quliyev Naxçıvan Muxtar Respublikasında səfərdə olub.

Trend xəbərverir ki, səfər çərçivəsində İlham Quliyev Culfa rayonunda yerləşənBənəniyar su anbarına baxış keçirib. Baxışın məqsədi oktyabrın16-da anbarda su səviyyəsinin azalması nəticəsində baş vermişbalıqların kütləvi tələf olması faktı ilə bağlı vəziyyəti yerindəaraşdırmaq olub. Sədr müavini mövcud vəziyyəti dəyərləndirib,hadisənin səbəblərinin müəyyənləşdirilməsi, su ehtiyatlarının idarəolunmasının təkmilləşdirilməsi və oxşar halların qarşısınınalınması məqsədilə müvafiq tapşırıqlar verib.

İlham Quliyev jurnalistlərə açıqlamasında bildirib ki, NaxçıvanSu Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təxminən 9 ay əvvəlAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib.Bu müddət ərzində su təsərrüfatı infrastrukturunun bərpası, suvarmasistemlərinin yenilənməsi və su ehtiyatlarından səmərəli istifadəistiqamətində mühüm işlər görülüb.

Onun sözlərinə görə, “Naxçıvan Muxtar Respublikasınınsosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün DövlətProqramı” çərçivəsində muxtar respublikanın su təminatınınyaxşılaşdırılması məqsədilə bir sıra mühüm layihələr həyatakeçirilir. Bunlara “Əlincəçaydan su götürən və Culfa rayonununərazisindəki Bənəniyar su anbarını qidalandıran kanalın yenidənqurulması” və “Babək rayonunun Nehrəm qəsəbəsində 1000 hektartorpaq sahəsinin su təminatını yaxşılaşdırmaq üçün ‘Araz-1’ və‘Araz-2’ iki pilləli nasos stansiyasının və boru xəttinin yenidənqurulması” layihələri daxildir.

Hər iki layihə üzrə layihələndirmə və ekspertiza mərhələsitamamlanıb, tender müsabiqəsi keçirilib və qalib podratçı iləmüqavilə bağlanıb. Hazırda tikinti-quraşdırma işlərinə startverilib.

Bundan əlavə, “Arpaçay sağ sahil və sol sahil magistralkanallarının yenidən qurulması”, “Babək rayonunun Çeşməbasar vəGüznüt kəndlərində ümumilikdə 240 hektar torpaq sahəsinin sutəminatını və meliorativ vəziyyətini yaxşılaşdırmaq üçün qapalısuvarma və drenaj şəbəkəsinin tikintisi”, həmçinin “GilançaydanCulfa və Babək rayonlarının ərazisində 1600 hektar torpaq sahəsinəsuvarma suyunun çatdırılması” layihələri üzrə də layihələndirmə vəekspertiza işləri tamamlanıb, tikinti mərhələsinə hazırlıq işləridavam etdirilir.

İlham Quliyev vurğulayıb ki, həyata keçirilən tədbirlər NaxçıvanMuxtar Respublikasında su ehtiyatlarının idarə olunmasınıntəkmilləşdirilməsinə, suvarma və içməli su təminatının daha dayaxşılaşdırılmasına xidmət edir.

Seçilən
57
14
az.trend.az

10Mənbələr