AZ

Belçika amputant yığmasının futbolçusu: Azərbaycan millisini turnirin favoritlərdən hesab edirəm

Bakı, 17 oktyabr, AZƏRTAC

Azərbaycan yığması bu gün daha yaxşı oyun göstərdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Belçika amputant millisinin futbolçusu Bram Naessens Bakıda keçirilən Millətlər Liqasının C qrupunda Azərbaycana 0:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

O, Azərbaycanı turnirin favoritlərindən hesab etdiyini söyləyib: “Birinci və ya ikinci olmaq ehtimalları yüksəkdir. İsrailin də şanslarını yüksək qiymətləndirirəm. Böyük ehtimalla bu komandalar ilk “üçlük”də yer alacaqlar”.

Futbolçu Azərbaycana ilk dəfə gəldiklərini və burada hər şeyin yüksək səviyyədə olduğunu bildirib: “Ölkənizi çox sevdik. Gözəl paytaxtınız var. Buradakı təşkilatçılıq indiyə qədər gördüklərimin arasında ən mükəmməlidir. İstədiyimiz hər şey var. Meydança da ideal vəziyyətdədir”.

Qeyd edək ki, Azərbaycan seçməsi növbəti oyununu oktyabrın 18-də İsrail yığmasına qarşı keçirəcək. Matç saat 13:00-da başlayacaq.

Seçilən
65
azertag.az

1Mənbələr