AZ

Qanında narkotik aşkarlanan Dilan Polat ağlayıb and-aman elədi

Narkotik istifadəsi ilə bağlı aparılan istintaq çərçivəsində test nəticələri açıqlanan 8 məşhur arasında yer alan Dilan Polat, nəticələri qəbul etmədiyini bildirərək sosial mediada göz yaşları içində paylaşım etdi.

Milli.Az xəbər verir ki, Polat yayımladığı videoda iddialara sərt reaksiya verib: "Mənim qanımda və saçımda çıxacaq yeganə şey yaşıl reseptli dərmanlardır. Saçım götürüləndə dəfələrlə dedim ki, bu dərmanları içirəm. Mən həyatımda narkotik görməmişəm." - deyə o, göz yaşları ilə bildirib.

Polat sözlərinə belə davam edib: "And içirəm, gəncliyimin xeyrini görməyim. Uşaqlarımın, dünyadan köçmüş anamın, atamın başına and içirəm. Mən bir anayam, mənim uşağım var. Yazıqdırlar, belə etməyin. Nə olar, üzərimə gəlməyin."

Lalə Qüdrətova
Milli.Az

Seçilən
9
4
milli.az

5Mənbələr