AZ

Əyləncə mərkəzində divar uçdu – 6 nəfər altında qaldı

Türkiyədə – İzmirin Bornova rayonunda yerləşən əyləncə mərkəzində dekorativ divar qəfil uçub.

NOCOMMENT.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, nəticədə altı nəfər həmin divarın altında qalaraq xəsarət alıb.

İlkin olaraq təcili tibbi yardım və polis hadisə yerinə göndərilib. Yaralılar dərhal Ege Universiteti Xəstəxanasına aparılıb, onlara orada tibbi yardım göstərilib.

Xəstəxana rəsmilərinin bildirdiyinə görə, yaralıların vəziyyəti yaxşıdır və onların həyatı üçün təhlükə yoxdur.

Hadisə ilə bağlı polis araşdırma aparır.

Seçilən
23
2
nocomment.az

3Mənbələr