AZ

Başqırdıstanın Sterlitamak şəhərində partlayış baş verib, 3 nəfər həlak olub

ain.az, Azertag saytına istinadən bildirir.

Moskva, 18 oktyabr, AZƏRTAC

Başqırdıstanın Sterlitamak şəhərindəki “Avanqard” müəssisəsində baş verən partlayış nəticəsində 3 nəfər həlak olub, 9 nəfər yaralanıb.

AZƏRTAC regional hakimiyyət orqanlarına istinadla xəbər verir ki, Başqırdıstanın Baş naziri Andrey Nazarov partlayış nəticəsində daha 5 nəfərin isə xəstəxanaya yerləşdirildiyini bildirib.

O, binanın bir hissəsinin zədələndiyini, lakin artıq uçmaq təhlükəsinin olmadığını, müəssisənin normal rejimdə fəaliyyətini davam etdirəcəyini qeyd edib. Hadisənin səbəbləri araşdırılır.

Regionun başçısı Radiy Xabirov həlak olanların hamısının qadın olduğunu dəqiqləşdirib. O, zavoddakı fövqəladə vəziyyətin səbəbinin dron hücumu olması ilə bağlı fərziyyələri rədd edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
58
4
azertag.az

6Mənbələr