AZ

"Poverbank" sərnişin dolu təyyarəni necə məhv edə bilər?

Çində təyyarələrdən birində gözlənilməz insident yaşanıb.

Publika.az Baza Teleqram kanalına istinadən xəbər verir ki, “Air China” aviaşirkətinə məxsus “Airbus A321” təyyarəsinin göyərtəsində yanğın baş verib. İlkin məlumatlara görə, yanğına "poverbank" səbəb olub. Hadisənin görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Görüntülərdə içərisində sərnişin olan təyyarə salonunda yanğının başlaması əks olunub. Yanğın çantada yaranıb, o, alovlandıqdan sonra təyyarə uçuş üçün dayandırılıb.

Tural

Seçilən
25
publika.az

1Mənbələr