AZ

Azərbaycan bentonit istehsalını 43 faizə yaxın artırıb

Bu ilin ilk 9 ayında Azərbaycanda 234 min ton bentonit istehsal edilib.

NOCOMMENT.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42,6 % çoxdur.

Bu il oktyabr ayının 1-nə ölkədə 230,8 min ton hazır məhsul ehtiyatı olub.

2024-cü ildə Azərbaycanda 253,1 min ton bentonit istehsal edilib ki, bu da 2023-cü ilə nisbətən 2 dəfə artıb.

Seçilən
96
4
nocomment.az

10Mənbələr