AZ

Marşrut avtobusunda təhlükəli anlar; sürücü sərnişinlərin həyatını heçə saydı - VİDEO

"Bu məsələdə hər iki tərəf məsuliyyət daşıyır - məktəb və ailə". Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov təhsil müəssisələrində şagirdlər arasında baş verən bıçaqlanma hadisələrinin artmasına münasibət bildirərkən deyib.

Deputat hesab edir ki, belə hadisələrdə birinci növbədə valideynlər məsuliyyət daşıyırlar: 

"Valideynlər övladlarına sağlam, düzgün, doğru tərbiyyə verməlidirlər. Birinci bu məsələyə diqqət yetirmək lazımdır. İkincisi, artıq məsuliyyət həm də məktəbin üzərinə düşür".
 Deputat vurğulayıb ki, məktəb öz təlim-tərbiyyə siyasətini gücləndirməlidir: 

"Məktəblərdə təlim-tərbiyyə işi ən yüksək həddə və səviyyəyə qaldırılmalıdır. Məktəblərimizdə eyni zamanda şagirdlərin davranışı, əxlaq və tərbiyyəsinə ciddi nəzarət olunmalıdır. Biz tez-tez belə halların baş verdiyini eşidirik. Bu hadisələr həqiqətən də narahatedicidir".

Ceyhun Məmmədov məktəblərdə belə hadisələrin baş verməməsi üçün maariflənmə işlərinin aparılmasının vacibliyini əlavə edib.

Seçilən
50
avtosfer.az

1Mənbələr