“Sumqayıt”ı təbrik edirəm”.

Offsideplus.az xəbər verir ki, bunu “Karvan Yevlax”ın baş məşqçisi Azər Həşimov Milsi Premyer Liqasının VIII turunda "Sumqayıt”a qarşı keçirdikləri oyundan sonra baş tutan mətbuat konfransında deyib.

Mütəxəssis 1:4 hesabı ilə məğlub olduqları matç haqqında fikirlərini bölüşüb:

“Birinci hissə 1:1 hesabı ilə yekunlaşdı. İkinci yarıda cərimə zərbəsi və penaltilərdən qollar buraxdıq. Rəqibin 3-cü qolu qırılma nöqtəsi oldu. Yekunda məğlub olduq. Meydança faktorunu da unutmamalıyıq. Əgər öz meydançamızda oynasaydıq, nəticə bəlkə də fərqli ola bilərdi. Növbəti turda “Turan Tovuz”la qarşılaşacağıq. Bu oyunda yaxşı nəticə qazanmağa çalışacağıq”.

Qeyd edək ki, “Karvan Yevlax”- “Turan Tovuz” matçı oktyabrın 24-də keçiriləcək.