AZ

Hidayət Heydərovdan tənqidçilərinə cavab: “Mən dəyişmədim…”

BAKI, 19 oktyabr. TELEQRAF

Meksikanın Qvadalaxara şəhərində keçirilən Qran-Pri turnirində qızıl medal qazanan cüdoçumuz Hidayət Heydərov sosial şəbəkə hesabında paylaşım edib.

Teleqraf xəbər verir ki, olimpiya çempionu tənqidçiləri barədə yazıb.

“Dünən tənqid etdilər, bu gün alqışladılar.

Mən dəyişmədim — sadəcə tatami danışdı”, - deyə Heydərov bildirib.

Qeyd edək ki, Hidayət Heydərov Paris-2024 Yay Olimpiya Oyunlarının qızıl medal mükafatçısıdır. O, olimpiadadan sonra ilk dəfədir medal qazanır.

Seçilən
80
2
teleqraf.com

3Mənbələr