AZ

Bakıda Millətlər Liqasının C qrupunun bağlanış mərasimi keçirilib

Bakıda keçirilən Amputant Futbol üzrə Millətlər Liqasının C qrup mərhələsinin başa çatmasının ardından bağlanış və mükafatlandırma mərasimi təşkil olunub.

90deqiqe.Az-ın məlumatına görə, tədbir “Bayıl Arena” stadionunda gerçəkləşib. Mərasimdə Avropa Amputant Futbol Federasiyasının prezidenti Mateuş Vidlak, ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, eləcə də qrupda iştirak edən ölkələrin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Turnirin fərdi mükafatları da təqdim olunub. Niderland təmsilçisi Eddi Neqers “ən yaxşı qapıçı”, Azərbaycan millisinin üzvü Sənan Hacıyev “ən yaxşı futbolçu”, Ukraynadan Dmitro Şeheleski isə “ən yaxşı gənc oyunçu” adını qazanıb.

Bundan əlavə, İsrail yığmasının hücumçusu Ben Mamana turnirin bombardiri kimi xüsusi mükafatla təltif olunub.

Yekunda 9 xalla birinci yeri tutan Ukrayna millisinə kubok və qızıl medal, 8 xalla ikinci olan İsrail yığmasına gümüş, 7 xal toplayan Azərbaycan millisinə isə bürünc mükafat təqdim edilib.

Seçilən
30
90deqiqe.az

1Mənbələr