AZ

Bakıda qurdların sakinlərə “hücum”u davam edirVİDEO

Bakıda daha bir ərazidə sakinlər qurd bəlasına düşüblər...

Xezerxeber.az xəbər verir ki, paytaxtın Nizami rayonu Bəhruz Nuriyev 37 və 39 ünvanında yerləşən çoxmərtəbəli binaların əksəriyyətini qurd basıb.

Qonşuların sözlərinə görə, dezinfeksiya işləri aparılmadıqca qurdlar digər binalara da yayılır.

Məsələ ilə bağlı Nizami rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Lakin rəsmi iş günü olmadığından münasibət bildirilmədi.

Sakinlər ümid edirlər ki, məsələ ictimailəşdirildikdən sonra ərazidə aidiyyəti qurum tərəfindən tezliklə dezinfeksiya işləri aparılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
78
1
xezerxeber.az

2Mənbələr