AZ

Hövsanda ailənin tək uşağı 7-ci mərtəbədən yıxıldıVİDEO

Bakıda yaşayış kompleksində azyaşlı 7-ci mərtəbədən yıxılaraq ölüb...

Xezerxeber.az xəbər verir ki, ailə üzvlərinin verdiyi məlumata görə, Rəsul Əlifzadənin 3 yaşı olub. Maraqlıdır ki, rəsmi qurumlar onun 3 yox, 6 yaşı olduğunu bildirir. Bizə verilən məlumata görə, hadisə baş verən vaxt uşaq həyətdə nənəsi ilə uşaq meydançasında oynayırdı.

Evə getmək istəyib, nənəsinin yanından qaçaraq liftə tək girib.

Rəsul Əlifzadə ailənin tək övladı olub.

Məsələ ilə bağlı “TƏBİB”dən "Xəzər xəbər"ə bildiirldi ki, oktyabrın 18-i, saat 15:40 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2019-cu il təvəllüdlü azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
83
11
xezerxeber.az

10Mənbələr