AZ

Tramp Kolumbiya prezidentini narkobaron elan etdi - yardımları dayandırıb hədələdi…


ABŞ prezidenti Donald Tramp Kolumbiya prezidenti Qustavo Petronu “qanunsuz narkobaron” adlandırıb və Kolumbiyaya maliyyə yardımının dayandırıldığını açıqlayıb.

Tramp sosial şəbəkədəki paylaşımında Petronun ölkə daxilində "böyük və kiçik miqyaslı narkotik istehsalını təşviq etdiyini" bildirərək, Kolumbiyada narkotik istehsalının "ölkənin ən böyük biznesinə" çevrildiyini iddia etdi.

"Kolumbiya prezidenti Qustavo Petro qeyri-qanuni bir narkobarondur" deyən Tramp bu gündən etibarən Kolumbiyaya heç bir ödəniş və ya yardım verilməyəcəyini bildirib.

Prezident Tramp Kolumbiya liderinə təhdid kimi xəbərdarlıq da edib: “Petro bu ölüm sahələrini dərhal bağlamalıdır, əks təqdirdə onun əvəzinə Amerika bunları başlayacaq və bu heç də yumşaq şəkildə olmayacaq”.

TAHİR

Seçilən
90
15
baki-xeber.com

10Mənbələr