AZ

Yatmaq üçün ideal saat açıqlandı

Ürək xəstəlikləri olan insanların yatması üçün ən uyğun vaxt açıqlanıb.

News24.az xəbər verir ki, bu barədə “Huffpost” nəşrində məqalə dərc olunub.

Ürək-damar sağlamlığını qorumaq istəyən hər kəsin axşam saat 22:00–23:00 aralığında yatmağı məsləhət görüb. 

Bu, 2021-ci ildə aparılmış bir araşdırmanın nəticələri ilə əsaslandırılıb. Həmin araşdırmaya görə, yuxuya getmək üçün “qızıl saat” adlanan ideal bir vaxt aralığı mövcuddur.

Mütəxəssislər 43–74 yaş arası 88 min nəfərin təxminən altı il ərzində toplanmış məlumatlarını təhlil ediblər. Bəlli olub ki, axşam saat 22:00–23:00 aralığında yatan insanlarda qan dövranı və ürəklə bağlı problemlərin yaranma riski ən aşağıdır. 

23:00–00:00 arasında yatanlarda bu risk 12 faiz, gecə yarısından sonra yatanlarda isə 25 faiz artıb.

Mütəxəssislər kifayət qədər yuxunun həm ümumi rifah, həm də ürək və qan dövranı sisteminin sağlamlığı üçün vacibliyini də vurğulayıblar. Əksər böyüklər gündə 7–9 saat yatmağa çalışmalıdır.



Seçilən
133
news24.az

1Mənbələr