Kamçatkada zəlzələ baş verib
                    
                        Ajans.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki,yeraltı təkanların maqnitudası 4,8 bal təşkil edib.  Zəlzələ yerli vaxtla saat 16:18-də (Moskva vaxtı ilə 07:18) baş verib. Yeraltı təkanların episentri Petropavlovsk-Kamçatski şəhərindən 201 kilometr şimal-şərqdə, təxminən 25 kilometr dərinlikdə yerləşib. Hazırda təbii fəlakətin nəticələri — dağıntılar və ya xəsarət alanlar barədə məlumat verilməyib. Qeyd edək ki, Kamçatka seysmik cəhətdən aktiv bölgə sayılır və burada mütəmadi olaraq müxtəlif güclü zəlzələlər qeydə alınır.  
                        
                    
                    
                
                
                
             
         
        
     
 
 
 
         
        
        
        
        
