Bu gün səhər saatlarında Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Gümrü meriyasının binasına daxil olublar.
News24.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Bildirilib ki, hazırda xüsusi təyinatlı şəxslər meriya binasındadırlar.
Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin məlumatına görə, Gümrü meriyasında aparılan istintaq hərəkətləri cinayət işi çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, Gümrü meri Vardan Qukasyan saxlanılıb. Onun köməkçisinin sözlərinə görə, təxminən 60–70 maskalı xüsusi təyinatlı şəxs meriya binasına daxil olub, Qukasyanı yerə uzadaraq saxlayıblar.
Teymur
