Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, Rusiya ilə münaqişənin “mümkün sonu” yaxınlaşır.
"Unikal" xəbər verir ki, onun sözlərini "RBC-Ukrayna" sitat gətirib.
"Müharibənin mümkün sonuna yaxınlaşırıq. Mən sizə əminliklə deyə bilərəm. Bu, o demək deyil ki, o, mütləq bitəcək, lakin prezident Tramp Yaxın Şərqdə çox şey əldə edib", - Zelenski bildirib.
Onun sözlərinə görə, beynəlxalq münasibətlərdə Moskva və Kiyev arasında hərbi əməliyyatların dayandırılması üçün güclü siyasi tələb yaranır.
Qeyd edək ki, Rusiya və Ukrayna arasında müharibə 2022-ci ilin fevralın 24-də başlayıb.