AZ

Real a Kurtua zərbəsi

ain.az, Qol.az portalına istinadən məlumat yayır.

"Real"ın qapıçısı Tibo Kurtua zədələnib.

QOL.az xəbər verir ki, o, La Liqanın 9-cu turunun "Xetafe" ilə matçında sıradan çıxıb. 33 yaşlı qolkiper görüşün sonlarında seyv etdiyi zaman dizindən zərbə alıb.

"Mundo Deportivo"nun yaydığı məlumata görə, Kurtuanın Çempionlar Liqasının 3-cü turunun "Yuventus"la oyununu buraxacağı gözlənilir. 

Qapıçı La Liqanın növbəti turunda "Barselona" ilə "El-Klassiko" qarşılaşmasına qədər bərpa olmaq istəyir.

Qeyd edək ki, Tibo cari mövsüm 17 matçda meydana çıxıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
106
2
qol.az

3Mənbələr