AZ

Gümrünün meri saxlanılıb VİDEO (YENİLƏNİB)

Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

 Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin əmri ilə Gümrü şəhərinin meri Vardan Qukasyan saxlanılıb.

"Unikal" xəbər verir ki, inzibati binaya bütün girişlər bağlanıb, jurnalistlərə məhdudiyyət qoyulub.

 Bildirilir ki, merlə yanaşı, daha 8 nəfər saxlanılıb. 

"Səkkiz nəfər Gümrü meriyasının bir qrup məmurundan külli miqdarda rüşvət almaqda və bu məmurlara rüşvət verməkdə ittiham olunaraq həbs edilib", - KİV yazıb.

Gümrü Ermənistanın ikinci böyük şəhəridir. 

***

Gümrünün meri Vardan Qukasyan saxlanılıb.

"Unikal" xəbər verir ki, bu  barədə  onun köməkçisi məlumat yayıb.

 Onun sözlərinə görə, MTN-nin  60-70 əməkdaşı bələdiyyə binasına daxil olub, meri saxlayıblar.

***

Bu gün səhər tezdən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Gümrü şəhər meriyasında əməliyyat keçiriblər.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat dərc edib. 

Bildirilir ki, hazırda xüsusi təyinatlılar meriyanın binasındadır. Baş verənlərin məqsədi barədə məlumat verilməyib.

Gülayə Mecid 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
98
12
unikal.az

10Mənbələr