AZ

Çin ABŞ-ı ticarət mübahisələrini bərabərlik əsasında həll etməyə çağırır

Çin ABŞ-ı ticarət mübahisələrini bərabərlik əsasında həll etməyə çağırır

Çin ABŞ-ı ticarət mübahisələrini bərabərlik, hörmət və qarşılıqlı fayda əsasında həll etməyə çağırıb.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun brifinqdə ABŞ prezidenti Donald Trampın Pekinin nadir torpaq metalları ilə bağlı mövqeyini dəyişməsi və Amerika soya paxlasının əvvəlki səviyyədə alışını bərpa etməsi tələbini şərh edərkən belə deyib.

“Çinin Çin-Amerika ticarət və iqtisadi məsələlərində mövqeyi ardıcıl və aydındır. Tarif və ticarət müharibələri heç bir tərəfin maraqlarına uyğun deyil. Hər iki tərəf dialoqa getməli və müvafiq fikir ayrılıqlarını bərabərlik, hörmət və qarşılıqlı fayda əsasında həll etməlidir”, - deyə Çin Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib.

Seçilən
14
afn.az

1Mənbələr