AZ

AWS-də texniki nasazlıq: bir çox populyar xidmətlərin işi pozulub

Amazon şirkəti ABŞ-ın şərq regionunda problemləri təsdiqləyib...

Poliqon xəbər verir ki, “Amazon” şirkətinə məxsus “Amazon Web Services” (AWS) bulud platformasında genişmiqyaslı texniki nasazlıq baş verib. Nasazlıq bir sıra məşhur onlayn xidmətlərin fəaliyyətində fasilələrə və gecikmələrə səbəb olub.

Şirkətdən verilən açıqlamada bildirilib: “ABŞ-Şərq-1 regionunda bir sıra AWS xidmətlərində səhvlərin tezliyində artım və cavab müddətlərində gecikmələr müşahidə olunub”.

Hadisənin miqyası və səbəbi barədə şirkət hələlik ətraflı məlumat verməyib. AWS texniki komandası problemin aradan qaldırılması üzərində işlədiyini və xidmətlərin sabitliyinin bərpası üçün tədbirlər görüldüyünü açıqlayıb.

AWS dünyanın ən iri bulud xidmətlərindən biridir və “Netflix”, “Slack”, “Airbnb”, “Disney+” kimi nəhəng platformaların infrastrukturunun əsas hissəsini təmin edir. Belə nasazlıqlar qlobal səviyyədə bir çox onlayn xidmətlərin fəaliyyətinə təsir göstərə bilir.

Poliqon.info

Seçilən
14
poliqon.info

1Mənbələr