AZ

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Dünya üzrə istifadəçilər “Amazon Web Services” (AWS) platformasının bir sıra servislərinin işində problemlərlə üzləşiblər.

“Qafqazinfo” xəbər verir ki, söhbət “Snapchat”, “Roblox”, “Fortnite” və “Verizon” kimi servislərdən gedir.

“Amazon” şirkəti xətaların və gecikmələrin artdığını təsdiq edib. “Downdetector” xidməti artıq bir neçə ölkədən nasazlıqlar barədə məlumatların daxil olduğunu açıqlayıb.

Problem həmçinin “Zoom” servisinə və “Perplexity” süni intellekt startapına da təsir edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
81
qafqazinfo.az

1Mənbələr