BAKI, 20 oktyabr. TELEQRAF
Ukrayna ehtiyac yaranacağı halda təxminən 2 milyard ABŞ dolları dəyərində qaz alışı həyata keçirməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib.
"Əlavə qaz Yunanıstandan da əldə edə bilərik. Baş naziri Kiriakos Mitsotakis ilə bu barədə razılığa gəlmişik. Digər ölkələrlə də anlayış mövcuddur. Azərbaycanla da həmçinin. Hamı bu istiqamətdə işləyir. Qaz məsələsi həll olunacaq",- o qeyd edib.