Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi üçün qarayara, çiçək və infeksion nodulyar dermatit xəstəliklərinə qarşı peyvənd vasitələrinin alınmasına 1 408 822 AZN xərclənəcək.
Pravda.az-ın xəbərinə görə, peyvənd vasitələri “Epidbiomed” MMC-dən alınacaq.
Agentlik və MMC arasında müqavilə bağlanıb.
Cabir
Tarix: 20 Oktyabr 2025, 17:33    
                        
                     
                        