AZ

İsrail raketi Almaniya ZDF-in tərəfdaş şirkətinə DÜŞDÜ – Ölənlər var

İsrail ordusunun Qəzza zolağına endirdiyi növbəti hava zərbələri nəticəsində Almaniyanın ZDF telekanalının tərəfdaş şirkəti – “Palestine Media Production”un ofisi vurulub. Nəticədə şirkətin 37 yaşlı mühəndisi və əməkdaşlardan birinin 8 yaşlı oğlu həlak olub, daha bir işçi isə yaralanıb.

Hadisə Deyr-əl-Bələh şəhərində baş verib. ZDF-in məlumatına görə, raket hücumu şirkətin binasına ciddi ziyan vurub, bir neçə xidməti avtomobil, o cümlədən mobil televiziya stansiyası məhv edilib.

“Palestine Media Production” artıq onilliklərdir ZDF-in Təl-Əvivdəki studiyası ilə sıx əməkdaşlıq edir və çox vaxt “ZDF-in Qəzzadakı gözü” adlandırılırdı.

ZDF-in baş redaktoru Bettina Şausten hadisəni sərt tənqid edib:

“Jurnalistlər peşə borclarını yerinə yetirərkən hədəfə çevrilməməlidirlər. Dərin hüznlə qurbanların ailələrinə başsağlığı veririk.”

İsrail ordusu ZDF-in sorğusuna cavab olaraq bildirib ki, hadisə araşdırılacaq.

Seçilən
81
1
interpress.az

2Mənbələr