Moskva, 20 oktyabr, AZƏRTAC
Oktyabrın 20-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ Dövlət katibi Marko Rubio ilə telefonla danışıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir. Tərəflər oktyabrın 16-da prezidentlər Vladimir Putin və Donald Tramp arasında telefon danışığı zamanı əldə olunmuş anlaşmaların həyata keçirilməsi üçün mümkün konkret addımlarla bağlı konstruktiv müzakirələr aparıblar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva