AZ

Əhalisi 1500 nəfərdən az olan qəsəbənin klubu ilk dəfə İsveç çempionu oldu

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İsveçin 1 500-dən az əhalisi olan Hallevik yaşayış məntəqəsinin "Myöllbü" futbol klubu tarixində ilk dəfə ölkə çempionatının qalibi olub.

Oxu.Az xəbər verir ki, klub çempionatın 27-ci turunda səfərdə "Göteborq"u 2:0 hesabı ilə məğlub edərək xallarını 66-ya çatdırıb.

Stokholmun "Hammarbü" klubu liderdən 11 xal geri qalaraq ikinci yerdədir.

Qeyd edək ki, "Myöllbü" klubu 1939-cu ildə yaradılıb. Klubun İsveç çempionatında indiyə kimi ən yaxşı nəticəsi ötən mövsüm əldə etdiyi beşinci yer olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
1
oxu.az

2Mənbələr