AZ

BDYPİ piyadalara müraciət edib

Bakı.Trend:

Dəfələrlə edilən xəbərdarlıqlara, aparılan maarifləndirmətədbirlərinə və mətbuat vasitəsilə yayılan çağırışlara baxmayaraq,hələ də bəzi piyadalar yol hərəkəti qaydalarına etinasız yanaşır,müəyyən olunmayan yerlərdən keçərək həm özlərinin, həm də digərhərəkət iştirakçılarının həyatını təhlükə altına atırlar.

Trend xəbərverir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin piyadalaramüraciətində deyilir.

Müraciətdə qeyd edilib ki, yolun hərəkət hissəsinə qəfil çıxmaq,nəqliyyat vasitələrinin hərəkət trayektoriyasını düzgünqiymətləndirməmək, yaxın məsafədən yolu keçməyə cəhd göstərmək çoxzaman faciəvi nəticələrə gətirib çıxarır. Unutmaq olmaz ki, sürücüüçün hər an dayanmaq mümkün deyil və piyada məsafəni səhvhesabladığı anda artıq hadisənin qarşısını almaq mümkün olmur.

Bəzi hallarda piyadalar yaxınlıqda yerləşən piyada keçidinə birneçə addımlıq məsafə olsa da, qaydanı pozaraq yolun istənilənyerindən keçməyə üstünlük verirlər. Bu isə həm onların, həm dəhəmin istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin sürücüləriüçün əlavə təhlükə yaradır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkətiştirakçılarına müraciət edərək xatırladır ki, piyada yolun hərəkəthissəsinə yalnız bu məqsədlə nəzərdə tutulmuş keçidlərdən daxilolmalı, işıqforla tənzimlənən yerlərdə siqnalların tələbinə əməletməli, yolu keçməzdən əvvəl hər iki istiqamətə diqqətlə baxmalı vəavtomobilin tam dayanmasına əmin olduqdan sonra hərəkətetməlidir.

Məqalədə:
Seçilən
59
14
az.trend.az

10Mənbələr