AZ

Vüqar Nadirov bölgə təmsilçisi ilə yollarını ayırdı

ain.az bildirir, Fanat saytına əsaslanaraq.

Azərbaycan millisinin və "Qarabağ"ın sabiq hücumçusu Vüqar Nadirov 2-ci Liqa təmsilçisi "Şəmkir"in baş məşqçi postunu tərk edib.

Bu barədə Fanat.Az-a mütəxəssisin özü məlumat verib.

O, liqanın 6-cı turu çərçivəsində dünən evdə "Qaradağ Lökbatan"dan alınan 0:1 hesablı məğlubiyyətin ardından rəhbərliklə vəziyyəti müzakirə edərək əməkdaşlığa son qoyduqlarını bildirib.

Qeyd edək ki, 6 oyuna 9 xal toplayan "Şəmkir" hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Nadirov 2024-cü ilin yayından qərb təmsilçisinin "sükanı arxası"nda idi. Komanda onun rəhbərliyi altında 2024/25 mövsümünü 5-ci pillədə başa vurmuşdu. Millinin keçmiş forvardı bu ilin yayında baş məşqçi vəzivəsindən ayrılsa da, sonradan "Şəmkir"ə qayıtmışdı.

Nihat

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
137
5
fanat.az

6Mənbələr