AZ

Sumqayıtdakı təhlükəli zavod bağlandı - VİDEO - FOTO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Sumqayıt şəhəri, Bakı-Quba yolunun 27-ci kilometrliyində yerləşən "Azerbaijan Refinery Company" QSC-nin təkər emalı zavodunda yanğın təhlükəsizliyi sahəsində yoxlama keçirilib. Yoxlama zamanı bir sıra nöqsanlar aşkar edilib.

Məlumata görə, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya sistemi quraşdırılmayıb. Həmçinin, yanğın su hovuzu, yanğın su hidrantları və daxili yanğın kranları mövcud deyil. Elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"na uyğun deyil.

Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

İstehsalat və inzibati bina istilik və havalandırma (ventilyasiya) sistemləri ilə təmin olunmayıb. Obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam komplektləşdirilməyib. Ərazi yanar tullantılardan təmizlənməyib və siqaret çəkmək üçün xüsusi yerlər ayrılmayıb. Bundan əlavə, yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib edilməyib.

Mövcud vəziyyət yanğın təhlükəsizliyi normativlərinin pozulduğunu və obyektin fəaliyyətinin dayandırılması zərurətini göstərib. Bu səbəbdən, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən zavodun fəaliyyəti müvəqqəti dayandırılıb və qərar obyektin nümayəndəsinə təqdim olunub.

Fövqəladə Hallar Nazirliyi ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə tədbirləri davam etdirir.

  • Sumqayıtdakı
  • Sumqayıtdakı
  • Sumqayıtdakı
  • Sumqayıtdakı
  • Sumqayıtdakı
  • Sumqayıtdakı
  • Sumqayıtdakı
  • Sumqayıtdakı
  • Sumqayıtdakı
  • Sumqayıtdakı
  • Sumqayıtdakı
  • Sumqayıtdakı
Seçilən
24
31
day.az

10Mənbələr