AZ

İsrail Türkiyənin Qəzza sülh planında iştirakına qarşıdır - KİV

İsrailin baş naziri Benyamin Netanyahu atəşkəs danışıqlarında Türkiyənin iştirakını istəmir. O, bu səbəbdən Qəzza sülh planını pozmağa hazırlaşır.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti yazır. 

Nəşr qeyd edir ki, İsrail də türk qoşunlarının beynəlxalq sabitləşdirmə qüvvələrinə daxil edilməməsində israr edəcək.

"Netanyahu Misir, Səudiyyə Ərəbistanı və BƏƏ-nin iştirakı ilə sabitləşdirici qüvvələrin yaradılmasına etiraz etmir. O, HƏMAS-ın tərksilah edilməsini və tunellərin dağıdılmasını təmin etmələrini istəyir. Netanyahunun yeganə problemi Türkiyə və Qəzzada türk hərbi varlığıdır", - qəzet yazıb.  

Gülayə Mecid 

Seçilən
75
33
unikal.az

10Mənbələr