Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Fransada güclü tornado baş verib.
“Qafqazinfo” “The Guardian”a istinadən xəbər verir ki, şiddətli külək 3 tikinti kranını aşırıb.
Hadisə nəticəsində tikintidə çalışan 1 nəfər ölüb, daha 10 nəfər isə xəsarət alıb. Onlardan dördünün vəziyyəti ağırdır.
Ən çox zərər Parisdən 20 km şimal-şərqdə yerləşən Ermont şəhərinə dəyib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, tornado binaların damlarını uçurub.
Sosial şəbəkələrdə yayımlanan videolarda 3 kranın bir neçə saniyə ərzində aşdığı görünür.
Onlardan biri insanlara xəsarət yetirmədən klinikanın, digəri isə yaşayış binasının üzərinə aşıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.
 
                        