AZ

"Şamaxı" klubu 4500 manat cərimələndi

"Şamaxı"nın futbolçusu Abdullahi Şuaybu 3 oyunluq cəzalanıb, klub ümumilikdə 4500 manat cərimələnib.

"Unikal"ın məlumatına görə bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Bu Misli Premyer Liqasında VIII turun "Kəpəz"lə matçında 44-cü dəqiqəsində baş verib. A.Şuaybu təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun diskvalifikasiya olunub. Futbolçunun bu hərəkətinə görə "Şamaxı" 3000 manat cərimələnib.

17.10.2025-ci il tarixində Misli Premyer Liqasında VIII turun "Şamaxı" – "Kəpəz" oyununda "Şamaxı" komandasının geyim formasında uyğunsuzluğun aradan qaldırılması səbəbindən matç gec başladığı üçün "Şamaxı" komandası 1500 manat cərimə edilsin (maddə 83.5);

17.10.2025-ci il tarixində Misli Premyer Liqasında VIII turun "Şamaxı" – "Kəpəz" oyununda "Kəpəz" komandasının geyim formasında uyğunsuzluğun aradan qaldırılması səbəbindən matç gec başladığı üçün "Kəpəz" komandası 1500 manat cərimə edilsin (maddə 83.5);

17.10.2025-ci il tarixində Misli Premyer Liqasında VIII turun "Şamaxı" – "Kəpəz" oyununda "Kəpəz" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün "Kəpəz" komandası 700 manat cərimə edilsin (maddə 43.1);

18.10.2025-ci il tarixində Misli Premyer Liqasında VIII turun "İmişli" – "Qəbələ" oyununda "Qəbələ" komandasında 5 nəfər sarı vərəqə aldığı üçün "Qəbələ" komandası 700 manat cərimə edilsin (maddə 43.1);

18.10.2025-ci il tarixində Misli Premyer Liqasında VIII turun "Sumqayıt" – "Karvan-Yevlax" oyunu "Karvan-Yevlax" komandasının meydançaya gec çıxması səbəbindən gec başladığı üçün "Karvan-Yevlax" komandası 3000 manat cərimə edilsin (maddə 77.4)

Seçilən
24
4
unikal.az

9Mənbələr