Bu ilin yanvar-sentyabr aylarında ölkədən 131,89 milyon ABŞ dolları dəyərində 426,9 min tondan çox azot gübrəsi ixrac olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 46,6 faiz və ya 41,9 milyon dollar, həcm baxımından isə 4,5 faiz və ya 18,2 min ton çoxdur.
Cari ilin ilk 9 ayında gübrənin ümumi ixracda xüsusi çəkisi 0,71 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 4,98 faizə bərabər olub.